Mopedlərlə bağlı qanuna edilən dəyişikliklər qüvvəyə mindi.
Artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi şərtdir.
Bununla bağlı 9 dekabr 2025-ci ildə "Yol Hərəkəti haqqında" Qanuna edilən dəyişikliklər qüvvəyə mindi.
Qanuna əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub/sm-dən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.