İstifadə Şərtləri və Məxfilik Siyasəti

AvtoAkademiya məxfiliyə, məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyi götürür. Siz hər hansı şəxsi məlumatınızı açıqlamadan avtoakademiya.az [yaxud autoacademy.az ünvanından] saytına (“Sayt”) daxil ola bilərsiniz. Biz, saytımıza daxil olarkən sizin məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu başa düşmənizə kömək etmək üçün bu “İstifadə şərtləri” və “Məxfilik siyasətini” hazırlamışıq. Biz sizə əsaslandırılmış qərar verməyə kömək etmək istəyirik, ona görə xahiş edirik ki, vaxt ayırıb aşağıda verilmiş bölmələrlə tanış olasınız və sizin şəxsi məlumatlarınızdan necə istifadə edə biləcəyimiz barədə məlumat əldə edəsiniz. Siz saytdan istifadə şərtləri ilə bağlı olaraq bu bildirişi oxumalısınız.

Şəxsi məlumatların toplanması: Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, sizin adınız və poçt ünvanınız, doğum tarixiniz, cinsiniz, telefon və mobil nömrəniz, elektron poçtunuzun ünvanı və qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən könüllü toplanmış istənilən digər məlumatlar. Əgər siz bizə şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və sizin qeyd etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək. Siz bizə məlumatlarınızı təqdim etməklə həmin məlumatların bu İstifadə şərtlərinə və məxfilik siyasətinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.

Məxfiliyin dəstəklənməsi: Sayt bu İstifadə şərtlərinin və məxfilik siyasətinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləşdirilməsi hüququnu özündə saxlayır.

Şərtləri qəbul edirəm